Erməniəsilli şəxslərin məhkəməsində zərərçəkmişlər dindirildi
Yeniliklərdən dərhal xəbərdar olun
Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ‒ Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib.
Əvvəlcə məhkəmədə Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib.
Protokolları tədqiq edilən ilk fakt 1989-cu il dekabrın 13-14-də, digər hadisələr isə sonrakı müddətlərdə qeydə alınıb.
İşğala qədər Şuşa şəhəri və ətraf kəndlərin Ermənistan Silahlı Qüvvələri tərəfindən dəfələrlə müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla atəşə tutulması, azərbaycanlıların yaşadığı kəndlərin su kəmərlərinin və yüksəkgərginlikli elektrik xəttinin partladılması, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə, avtomobillərinə və digər əmlaklara ciddi zərər dəyməsi qeyd olunub.
Malıbəyli və Quşçular qətliamı kimi tanınan hadisələr, Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması, 1992-ci il yanvarın 28-də sərnişin vertolyotunun vurulması faktları üzrə prokotollar tədqiq edilib. Daha sonra zərərçəkmiş şəxslər dindirilib.
İlham Həsənov qardaşı Rövşən Həsənovun 1992-ci il mayın 7-dən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. “Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı”, ‒ deyə o əlavə edib.
Digər zərərçəkmiş şəxslər dövlət ittihamçılarının, zərərçəkmişlərin nümayəndələrinin və müdafiə tərəfinin suallarını cavablandırıblar. Onlar təqsirləndirilən şəxslərin layiqli formada cəzalandırılmasını məhkəmədən xahiş ediblər.
Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin olunub.
#Erməni separatçıları teqi istifadə olunub
- "Uşaq qatilləri Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər" | İlham Əliyev - Baku TV
- Arayik Harutyunyan və digərlərinin işi üzrə materiallar tədqiq olunub - Baku TV
- Araik və digərlərinin məhkəməsində diqqətçəkən proses | Nələr yaşandı? - Baku TV
- Ermənistan vətəndaşlarının müdafiəçiləri məhkəmədən nə istədi? - Baku TV
- Ermənistan vətəndaşlarının məhkəməsində nələr baş verdi? | Diqqətçəkən anlar - Baku TV
