Ermənilər ABŞ-də təxribata əl atıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.
Bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviterdə yazıb. “Ermənilər Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?”, -deyə diplomat qeyd edib.
Qeyd edək ki, Azərbaycanın ABŞ-dəki səfirliyinin inzibati binası qarşısında Xocalıda lentə alınmış fotoların və eləcə də faciə haqqında faktların yer aldığı plakatlar nümayiş etdirilib. Səfirlik binasının önündən keçən yerli sakinlər plakatlar vasitəsilə Xocalıda 31 il öncə baş verənlər haqqında məlumat alıblar.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
