Ermənistan ordusuna sarsıdıcı zərbələr
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Ordusunun dəqiq artilleriya zərbələri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin Basarkeçər rayonundakı avtomobil texnikası və minaatan heyətinin məhv edilməsinin görüntüləri yayılıb. Videonu “Caliber” paylaşıb.
Birinci videoda düşmənin “KamAZ” markalı yük maşınına dəqiq zərbə endirildiyi görünür. Qeyd olunub ki, zərbə zamanı maşında düşmənin canlı qüvvəsi də olub.
İkinci görüntülərdə isə Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin minaatan heyətini dəqiq zərbə ilə məhv etdiyi əks olunub.
Həmçinin ermənilərin əldəqayırma dronlarını idarə edən məntəqənin məhv edilməsinin anbaan görüntüləri də təqdim edilib. Videodan aydın olur ki, komanda-qərargah məntəqəsinin yerləşdiyi yük avtomobili sərrast atəş nəticəsində partladılıb.
#Azərbaycan Ordusu teqi istifadə olunub
- 62 nəfərlik qrupun aqibəti - QARABAĞ XRONİKASI
- Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür - Baku TV
- Oktyabrın 17-si Füzuli Şəhəri Günüdür - Baku TV
- Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? - QARABAĞ XRONİKASI
- Azərbaycanın yeni müdafiə strategiyası: ordu üçün nə dəyişəcək? - AKTUAL GÜNDƏM
