Ermənistanda saxlanılan Azərbaycan hərbçilərinin saxlanma şəraiti
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabr ayında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
“Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqələri yaradılıb. Mandatına uyğun olaraq BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, – İlahə Hüseynova qeyd edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər. Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar, onlar həbs ediliblər. Hüseyn Axundov “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” də təqsirləndirilir.
#Aqşin Bəbirov teqi istifadə olunub
- Yanına erməni qızını gətiriblər ki... | Aqşin və Hüseynin əsirlikdəki dəhşətlərini anaları danışdı
- Azad edilən hərbçimiz Aqşinin anasından həsrət dolu baxışlar
- Azad edilən Aqşinin ailəsinə qovuşma görüntüsü
- Azad edilən hərbçilərimiz ailələrinə qovuşdu, Ceyhun Bayramovla Mirzoyanın görüşü
- Əsirlikdən qayıdan Aqşin Bəbirovun ailəsi sevinc içində | Balam canıma can qatdı
