Pleyeri seçin:
Əsrin faciəsi şahidlərin dilindən
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə törədilən dəhşətli soyqırımı zamanı Xocalı sakinləri qarlı-şaxtalı havada dağlardan, meşələrdən keçərək Ağdama gəldilər. Şəhid olan Xocalı sakinlərinin böyük əksəriyyəti də burada dəfn edildi.
Ağdam Şəhidlər xiyabanında doğmalarının məzarını ziyarət edən Xocalı sakinləri həmin qanlı gecədə yaşadıqlarından danışıb.
“Həmin gün qardaşım itkin düşdü, 3 şəhid verdik. İkinci Dünya müharibəsində iştirak edən atam dedi ki, mən heç faşistlərdə bu cür vəhşilik görməmişdim”, - deyə soyqırımı şahidi söyləyib.
Xocalı sakinləri qeyd ediblər ki, yeganə təsəlliləri həmin gecənin qisasının 44 günlük Vətən müharibəsində ordumuz tərəfindən alınmasıdır.
Kopyalandı
#Xocalı teqi istifadə olunub
- Dağların qoynundakı Malıbəyli gölü buraya səfərə gələnləri valeh edir - Baku TV
- Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub - Baku TV
- "73 maarifləndirmə tədbiri keçirilib" | Xocalıda müəssisələrə mediatur təşkil olundu - Baku TV
- 34 ildən sonra Xocalının Seyidbəyli kəndində ilk toy mərasimi keçirildi - Baku TV
- 65 ailənin yurd həsrəti bitdi | Xocalı, Ağdərə və Cəbrayıla qayıdan sakinlərin sevinci - Baku TV
