Pleyeri seçin:

Ev sahibi olmağın cibə uyğun yolları: ekspertdən vacib məsləhət

16 oktyabr 2023 405 baxış

Günümüzdə kreditlə mənzil almaq yollarının artması vətəndaşların seçim imkanlarını genişləndirir.

Belə ki, dövlət ipotekasında mənzili 15 faizdən başlayan ilkin ödənişlə illik 8 faizədək kreditlə 25 ilədək almaq mümkündür. Güzəştli dövlət ipotekasında illik faiz dərəcəsi 4, ilkin ödəniş 10 faizdən başlayaraq 30 ilədək ödəniş müddətində 100 min manatadək kredit nəzərdə tutulub. Bankların verdiyi ipoteka kreditlərində bu məbləğ 500 min manatadək olmaqla illik 5 faizdən başlayır.

Həmçinin tikinti şirkətlərinin daxili kreditlərində də bu rəqəm 5 faizdən götürülür. Satmaq öhdəliyi ilə kirayə mexanizmində isə ilkin ödəniş ən azı mənzilin bir illik kirayə haqqı miqdarında olur.

Bəs bu seçimlərdən ən sərfəlisi hansıdır?

Əmlak üzrə ekspert Elnur Fərzəliyev məsələ ilə bağlı qeyd edib ki, ən sərfəlisi güzəştli ipoteka kreditləri olsa da, lakin bu kreditlər hər bir şəxsə şamil olunmur:

“Ayrılan 100 min manat limit isə hər hansı mənzil almaq üçün bəs etmir. Şirkətlər tərəfindən satılan mənzillərin illik faiz dərəcəsi çox olsa da, bir çox sənəd toplusu tələb olunmur. İlkin ödənişi vətəndaş müəyyən qədər ödəyir. Amma aylıq ödənişlər daha çox pul təşkil edir”.

Ekspert deyir ki, hazırda Bakıda yeni tikililərdə çıxarışlı və təmirli 1 otaqlı mənzilin qiyməti 120-180 min manat, 2 otaqlı 135-220 min manat, 3 otaqlı isə 200-350 min manat arasında dəyişir ki, bu da dövlət ipotekası ilə əmlak almağa kifayət etmir. Ona görə də vətəndaşlar daha çox tikinti şirkətlərinin daxili kreditlə satdıqları mənzillərə üstünlük verirlər. 

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 405 baxış
FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 405 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 405 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 405 baxış
Seçilmişlər
icon