Pleyeri seçin:

Evə bəla gətirən əşyalar hansılardır? | Hətta bu şəkillər də...

05 mart 2025 434 baxış

Evin enerjisi insanların həyatına böyük təsir göstərir. Bəzi əşyaların isə mənfi enerji cəlb etdiyi və uğursuzluq gətirdiyinə inanılır.

Ekspertlərin sözlərinə görə, qırılmış güzgü, çatlamış qab-qacaq və ya sınıq bəzək əşyaları evin enerjisini pozur. Xüsusilə, qırılmış güzgü haqqında belə bir inanc var ki, o, 7 il uğursuzluq gətirə bilər.

Təzə çiçəklər evə canlılıq və müsbət enerji gətirir. Lakin qurumuş və solmuş çiçəklər mənfi enerjini artırır və bədbəxtliyi cəlb edir.

Bundan başqa, heyvan dərilərindən hazırlanan xalçalar, ovlanmış heyvanların başları və ya skelet bəzəkləri ölüm enerjisini simvolizə edir və evə neqativ təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, saat vaxtı və enerjini simvolizə edir. Əgər bir saat dayanıbsa və ya xarabdırsa, bu, evdə enerjinin tükəndiyini, həyatın irəliləmədiyini göstərir.

Bəzi inanclara görə, ölən insanlara aid əşyalar onların enerjisini daşıyır. Xüsusilə, yataq, geyim və zinət əşyaları enerjini saxlayır və bəzi hallarda mənfi təsir edə bilər.

Həmçinin evə asılan şəkillər və bəzəklər enerji yayır. Məsələn, hüznlü insanlar, döyüş səhnələri, tərk edilmiş yerləri əks etdirən rəsmlər evdə mənfi enerji yaradır.

Ekspertlərin fikrincə, çatlamış və ya qırılmış əşyaları evdə saxlamayın. Evinizi daha canlı və təbii materiallarla bəzəyin. Mənzildə həmişə təzə çiçəklər saxlayın. Həddindən artıq köhnə və ya sizi narahat edən əşyalardan xilas olun. Unutmayın ki, evinizdəki əşyalar yalnız funksional deyil, həm də enerjiyə təsir edir.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 434 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 434 baxış
Seçilmişlər
icon