FHN hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməlidir.
Eyni zamanda xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin mövsümə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
#Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) teqi istifadə olunub
- Atatürk prospektində yanğın
- Alovun genişlənməsinə imkan verilmədi | Hadisə yerindən ən son məlumat - Baku TV
- Binəqədidə yerləşən obyektdə başlayan yanğına FHN qüvvələri cəlb olunub - Baku TV CANLI
- Bakıda tanınmış restoranı alov bürüdü | FHN təcili hərəkətə keçdi - Baku TV
- Nəsimidə evdən çıxa bilməyən iki nəfərin köməyinə FHN çatdı - Baku TV CANLI
