Pleyeri seçin:

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib - Baku TV

18 yanvar 2026 516 baxış

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

Müraciətdə soyuq hava şəraitinə görə qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi istənilib:

"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin mövsümə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən də uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq vacibdir. Bundan başqa, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Bakıda bəzi məktəblərdə dərslər müvəqqəti olaraq distant formada keçiriləcək - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Gecələr kuryer işləyən Nəsibə ölü bildiyi anasının sağ olduğunu necə öyrəndi? - ARZUNUN VAXTI

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Sərnişinlərə şad xəbər | Bu stansiyalara giriş nə qədər müddət ödənişsiz olacaq? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirildi - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 516 baxış
Seçilmişlər
icon