Pleyeri seçin:
FHN-in qalmaqallı polkovniki hakim qarşısında
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qərara əsasən, həmçinin Zaur Mirzəyevə qarşı zərərçəkmişin mülki iddiası təmin edilib. Ondan 4 min manat tutularaq zərərçəkmişə verilməsi təmin edilib.
Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Kopyalandı
#FHN polkovniki teqi istifadə olunub
