“Gətirib motosikletlə boşaldırlar, xəstəlik yaradır” | Maştağada biabırçı mənzərə - Baku TV
Sabunçu rayonunun Maştağa qəsəbəsinin Sülh küçəsində antisanitar vəziyyət hökm sürür.
Sakinlər bildirirlər ki, bəzi obyekt sahibləri və vətəndaşlar zibil konteynerlərinin boş olmasına baxmayaraq, tullantıları yerə atırlar. Hətta gecə saatlarında motosikletlə əraziyə zibil gətirib boşaldanların olduğu da iddia edilir.
Onların sözlərinə görə, ərazi vaxtaşırı təmizlənsə də, bir-iki gün sonra yenidən əvvəlki vəziyyət yaranır.
“Qoxudan rahat keçmək mümkün deyil. Bu vəziyyət müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Ərazi təmizlənir, amma qısa müddət sonra yenidən zibillənir”, – deyə sakinlərdən biri qeyd edib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin ərazidə yerləşdirilən tullantı tutumlarına toplanan tullantılar gündəlik daşınır:
“Buna baxmayaraq, yay mövsümündə xidmət müqaviləsindən yayınan qeyri-əhali qrupunun fəaliyyətindən və fərdi yaşayış evlərində toplanan qeyri-məişət tərkibli təhlükəsiz tullantıların qanunsuz formada daşınaraq gecə saatlarında tutumların ətrafına atılması hallarına görə kiçik qalaqlanma yaranır. Əlavə olaraq, vətəndaşlar tərəfindən tullantıların tutumlara yox, kənara atılması da xoşagəlməz görüntülərin və antisanitariyanın yaranmasına səbəb olur. Tərəfimizdən bu kimi hallar fasiləsiz olaraq gündəlik aradan qaldırılır”.
#Sabunçu teqi istifadə olunub
- Ərini öldürməkdə təqsirləndirilən qadına ağır cəza verildi - Baku TV
- "Ölüm yolu"nda daha bir faciə | Bu yolda niyə tədbir görülmür? - Baku TV
- "Sabunçuya baxan yoxdur!" | Antisanitar vəziyyət | "Bizə hörmət etmirlərsə, heç olmasa..." - Baku TV
- Sabunçu sakinlərinin yol və zibil problemi
- Sakinlər sahibsiz küçə itlərindən də şikayət edir
