Gizli simptomları olan xəstəlik | Dəri və gözlərin sarımtıl rəng alması nəyin əlamətidir?
Yeniliklərdən dərhal xəbərdar olun
Qaraciyər yağlanmasının əsas əlamətləri bir çox hallarda nəzərə çarpmaya bilər, lakin bəzi simptomlar bu problemi göstərə bilər.
Qaraciyər yağlanması enerji səviyyəsini aşağı sala bilər, insan özünü daim yorğun və halsız hiss edə bilər. İştah və səbəbsiz kilo itkisi, dərinin və gözlərin sarımtıl rəng alması da yağlı qaraciyərin əlaməti ola bilər.
Qaraciyər funksiyasının pozulması nəticəsində ürəkbulanma, qusma və ya həzmsizlik kimi problemlər yarana bilər. Qaraciyərin böyüməsi səbəbindən sağ qabırğanın alt nahiyəsində ağrı və ya narahatlıq hissi yarana bilər.
Bu əlamətlər görünürsə, vaxtında mütəxəssisə müraciət etmək vacibdir. Çünki qaraciyər yağlanması müalicə edilmədikdə ciddi xəstəliklərə gətirib çıxara bilər.
Qaraciyər yağlanmasından qorunmaq üçün düzgün qidalanmaya diqqət etmək, fiziki aktivliyi artırmaq və sağlam çəki saxlamaq vacibdir. Meyvə, tərəvəz və sağlam yağlarla zəngin olan qidaları seçmək, yağlı və şəkərli qidalardan uzaq durmaq tövsiyə olunur.
#Sağlamlıq məsləhətləri teqi istifadə olunub
- "Həkim kimi danışır, amma həkim deyil" | Sosial şəbəkələrdə möcüzə kimi yayılan reseptlər - Baku TV
- Zeytun yağı niyə əvəzolunmazdır?
- Orucluqdan sonra necə qidalanmalıyıq? | Elə yemək lazımdır ki... - Baku TV
- İnsult və infarktın səbəbi | Gülüş sağlamlığımıza necə təsir edir?
- Tünd şokoladın tərkibində hansı vitaminlər var? | Sağlamlığın şirin qoruyucusu
