Pleyeri seçin:

Gizli yolla 300 min manatlıq fişəng gətirən şəxs saxlanıldı

11 dekabr 2023 455 baxış

Polis əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin ölkə ərazisində topdan satışının qarşısının alınması istiqamətində əməliyyat keçirilib.

Belə ki, külli miqdarda pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə Gürcüstandan ölkəyə gətirilərək Gəncə şəhərində yerləşən gizli anbarda topdansatışının təşkil olunduğu barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Həmin ünvanda həyata keçirilən tədbir nəticəsində pirotexniki vasitələrin topdansatışını təşkil edən 1985-ci il təvəllüdlü İlham Zakiroğlu saxlanılıb.

Müəyyən olunub ki, adıçəkilən şəxs pirotexniki vasitələri qaçaqmalçılıq yolu ilə hissə-hissə ölkəyə keçirəndən sonra Gəncə şəhərinə gətirərək respublikanın müxtəlif rayonlarına və “Sədərək” Ticarət Mərkəzində mağazalara topdansatışını təşkil edib. İlham Zakiroğluna məxsus anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zaman külli miqdarda yüksək səs effekləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Əməliyyat zamanı aşkar olunan pirotexniki vasitələrin “qara bazar”da satış qiyməti 300 min manatdan artıqdır.

Banner
“Maşınla gətirib tökürlər, izləyə bilmirik ki...” | Digah sakinlərini bezdirən durum - Baku TV

“Maşınla gətirib tökürlər, izləyə bilmirik ki...” | Digah sakinlərini bezdirən durum - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Pirşağı sakinləri yol üzündən çətinlik çəkir

Pirşağı sakinləri yol üzündən çətinlik çəkir

Cəmiyyət
12 noyabr 2026 455 baxış
“Bədbəxt günə qoydular, danışanda “demaqoq” deyirlər!” | Sakinləri özündən çıxaran problem - Baku TV

“Bədbəxt günə qoydular, danışanda “demaqoq” deyirlər!” | Sakinləri özündən çıxaran problem - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
“Bu artan əhalini yedizdirmək üçün...” | Bəh-bəhlə yediyimiz meyvə-tərəvəz əvvəlki kimi deyil?

“Bu artan əhalini yedizdirmək üçün...” | Bəh-bəhlə yediyimiz meyvə-tərəvəz əvvəlki kimi deyil?

Cəmiyyət
12 noyabr 2026 455 baxış
“Bax bu gəncəli arvad zəbt edib” | Nəsimi sakini təşvişdə | “Dedi, mən buyam, əcəb edirəm” - Baku TV

“Bax bu gəncəli arvad zəbt edib” | Nəsimi sakini təşvişdə | “Dedi, mən buyam, əcəb edirəm” - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Qafqaz Müsəlmanları İdarəsi keçirilən tədbiri vandalizm adlandırıb

Qafqaz Müsəlmanları İdarəsi keçirilən tədbiri vandalizm adlandırıb

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür - Baku TV

Müstəqil Azərbaycan Konstitusiyasının qəbulundan 31 il ötür - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV

Saxta cərimə mesajları yayılır | Kart məlumatlarınızı necə qoruya bilərsiniz? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
2027-ci il üçün yaşayış minimumu nə qədər olacaq? - Artım göstəricisi qənaətbəxşdir? - Baku TV

2027-ci il üçün yaşayış minimumu nə qədər olacaq? - Artım göstəricisi qənaətbəxşdir? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Sükan arxasında canlı yayım | Sürücülərin diqqətsizliyi ağır qəzalara yol açır? - Baku TV

Sükan arxasında canlı yayım | Sürücülərin diqqətsizliyi ağır qəzalara yol açır? - Baku TV

Cəmiyyət
12 noyabr 2026 455 baxış
Seçilmişlər
icon