Görənlərin ürəyini ağzına gətirən hadisə | Ata övladının həyatını necə riskə atdı?
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə və qəyyumlara çağırış edib.
Müraciətdə deyilir:
"Təəssüf ki, bəzən valideynlər, xüsusilə də velosiped, moped və ya motosikletlə hərəkət edən şəxslər təhlükənin fərqində olmadan azyaşlı övladlarını bu nəqliyyat vasitələrinin arxasında və ya əlavə oturacaq hissəsində daşımaqla onların həyatını ciddi təhlükə altına atırlar.
Şübhəsiz ki, heç bir valideyn övladına zərər vermək istəmir, əksinə, onu çox sevir, qoruyur. Lakin bəzən edilən hərəkət, yəni təhlükə ehtimalı olan şəraitdə uşağı velosiped və ya motosikletlə aparmaq bu sevginin əksi olan bir davranış kimi qiymətləndirilə bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün valideynlərə və qəyyumlara çağırış edir: heç bir səbəb – tələsiklik, məsafənin yaxın olması və ya şəxsi rahatlıq uşaqların həyatını təhlükəyə atmağa haqq qazandırmır. Qaydalara əməl etməklə faciədən yayınmaq mümkündür".
#Baş Dövlət Yol Polisi İdarəsi teqi istifadə olunub
- Narkotik vasitənin təsiri altında avtobusu idarə etdi, sonra isə... - Baku TV CANLI
- DYP sürücülərə xəbərdarlıq etdi: həftəsonu bunlara diqqət edin! - Baku TV CANLI
- Sürücülərə xəbərdarlıq | Həftəsonu səfər planlaşdıranlar niyə ehtiyatlı olmalıdır? - Baku TV
- DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR
- Normadan artıq zərərli qaz buraxan avtomobillərə nəzarət ediləcək - Baku TV CANLI
