“Gündə 10 min cüt istehsal edirik” | Xankəndidə yeni müəssisə fəaliyyətə başladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xankəndidə iş əlcəklərinin istehsalı ilə məşğul olan “GP Safety” müəssisəsi gələcəkdə fəaliyyət miqyasını genişləndirmək niyyətindədir.
Bu barədə müəssisənin əməkdaşı Elvin Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, zavodda Çin istehsalı olan müasir və avtomatlaşdırılmış avadanlıqlardan istifadə edilir və hazırda burada 35 nəfər işçi çalışır:
“Müəssisədə gün ərzində 10 min cüt iş əlcəyi istehsal olunur. Hazırda 4 çeşiddə məhsul hazırlayırıq. Yaxın gələcəkdə həm çeşidlərin sayını və təyinatını, həm də istehsal gücümüzü və işçi heyətimizi artırmağı planlaşdırırıq”.
E.Allahverdiyev şirkətin əsas hədəflərini də açıqlayıb. O bildirib ki, müəssisə ilkin mərhələdə Azərbaycanın daxili bazarının tələbatını tam ödədikdən sonra məhsullarını Avropa başda olmaqla, xarici bazarlara ixrac etməyi qarşısına məqsəd qoyub.
#Xankəndi teqi istifadə olunub
- Xankədidə hüquq mövzusundamühüm görüş | Fikir mübadiləsi aparıldı - Baku TV
- Müxtəlif ölkələrdən gələn idmançılar Xankəndidə finişə çatıblar - Baku TV
- Baia Mare şəhəri ilə Xankəndi arasında əlaqələr yeni mərhələyə qədəm qoyur - Baku TV CANLI
- Baia Mare və Xankəndi şəhərləri qardaşlaşma haqqında niyyət protokolu imzalayıb - Baku TV
- 58 ölkə və 9 beynəlxalq təşkilatın nümayəndələri azad edilmiş ərazilərdə
