Pleyeri seçin:

Hansı valideynlər həbs ediləcək? | Ailə məcəlləsində dəyişiklik

12 iyun 2024 826 baxış

Ölkədə qan qohumlarının nikaha daxil olması qadağan edilir. Bu barədə Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərdə qeyd olunub.

Təklifə əsasən, qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, həmçinin bioloji qohumluğu olan əmi-dayı, qardaş-bacı qızı, bibi-xala və qardaş-bacı oğlu ilə nikaha daxil olmaq qadağan edilir. Digər təklifə görə, nikah yaşı artıq üzrlü səbəblərə görə 1 il azaldılmayacaq.

Bundan başqa, Cinayət Məcəlləsinə təklif olunan əlavəyə əsasən, 16 yaşına çatmayan övladının evliliyini təşkil edən valideynlər və ya yetkinlik yaşına çatmayanla nikaha daxil olan yetkinlik yaşına çatmış şəxs 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni maddəyə görə, bu şəxslər evliliyə dair digər sövdələşməyə daxil olmağa görə 1000 manatdan 2000 manatadək cərimə ediləcək və ya işin hallarına görə pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla 1 aydan 2 ayadək inzibati həbs tətbiq ediləcək.

Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliyi ilə bağlı nişan, toy və digər mərasimlər keçirilməsinə görə ictimai iaşə obyektlərini idarə edən fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 6000 manatdan 9000 manatadək cərimə ediləcəklər.

Bu əməlin bir il ərzində təkrar törədilməsinə görə cərimələrin məbləği artıq olacaq.

Təklif edilən dəyişikliyə görə, yetkinlik yaşına çatmayanların kəbinini kəsən fiziki şəxslər 1000 manat cərimə ediləcək. Eyni əməlin bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər 2000 manat cərimə ediləcək və ya 15 gündən 1 ay müddətədək həbs olunacaqlar.

Banner
Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb - Baku TV CANLI

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Yasamalda yataqxana sakinləri antisanitar vəziyyətdən şikayətçidirlər - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

28 May yaşayış massivinin küçələri bərbad vəziyyətdədir

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Goranboyda hərbi xidmət zamanı ayağını itirən şəxs nə ilə təmin olunmaq istəyir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Binəqədinin keçilməz yolları | 28 May yaşayış massivində küçələr niyə bərbad haldadır? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Paytaxtın təhlükəli kanalizasiya qapaqları | Həll yolu nədir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Kişiləri bu halda 500 manatadək cəza gözləyir? | Ailədaxili münasibətlər necə tənzimlənir? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Gündəlik neçə litr su içilməlidir? | Mütəxəssis nələri açıqladı? - Baku TV

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Gecə 6 saatdan az yatanları nə gözləyir?

Gecə 6 saatdan az yatanları nə gözləyir?

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Yuxarı sinif şagirdlərinin intizam böhranı

Yuxarı sinif şagirdlərinin intizam böhranı

Cəmiyyət
01 noyabr 2026 826 baxış
Seçilmişlər
icon