Bakı suyunda infeksiya var? - "Uşağım bu suyu içən kimi..."
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə paytaxtın bəzi ərazilərində kran suyunu içdiyi üçün uşaq və böyüklərin infeksiyaya yoluxması ilə bağlı iddialar yayılıb.
Belə ki, suyu içən şəxslərin ağız, dodaq və üzlərində səpkilərin əmələ gəlməsi iddia olunub.
Bu halın xüsusilə də Binəqədi rayonu ərazisində, Bakıxanov və Ramana qəsəbələrində qeydə alındığı söylənilib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinə bildirilib ki, içməli sudan infeksiya düşməsi ilə bağlı məlumat əsassızdır, heç bir təsdiqini tapmayıb:
“Əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandan kənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir”.
Kliniki Tibbi Mərkəzdən isə Oxu.az-a bildirilib ki, təcili yardıma müraciət edən xəstələrin suyu hardan içdikləri araşdırılmır. Ancaq hər il yay aylarında infeksiyaya yoluxmalarla müraciət sayında artımlar müşahidə olunur. Əgər zəhərlənmə baş veribsə, müalicə aparılır, mədə yuyulur və problem aradan qaldırılır.
#İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti teqi istifadə olunub
- "Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV
- "Millət batır, əncam çəkin" | Kanalizasiya boruları partladı, əhali çətin durumda qaldı - Baku TV
- Sabunçuda su kollektorunda qəza | ADSEA-nın əməkdaşı problemlə bağlı danışdı - Baku TV
- Rəhim Şıxəliyev küçəsində yaşayan sakinlər şikayət edir
- "Buradan keçmək mümkün deyil" | Mingəçevirin mərkəzində biabırçı mənzərə - Baku TV
