Pleyeri seçin:

“Heç özümü bağışlamamışam, sürücünü necə bağışlayım?!” - Motosiklet qəzasında ölən Zəhranın atası

27 iyul 2026 278 baxış

“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışı motosiklet qəzasında həyatını itirən 17 yaşlı Zəhra Mehdiyevanın xatirəsinə həsr olunub.

Verilişdə Zəhranın atası, tanınmış hüquqşünas Fərhad Mehdiyev qızının ölümündən sonra yaşadığı ağır günlərdən, peşmanlıqlarından və övlad-valideyn münasibətlərindən danışıb.

Fərhad Mehdiyev bildirib ki, qızı əvvəlcə ondan xəbərsiz moped, daha sonra isə motosiklet alıb:

“Zəhra əvvəlcə özünə moped almışdı və bunu məndən gizlətmişdi. Mən təxminən iki ay sonra onun mopedi olduğunu öyrəndim. Daha sonra mühərrik həcmi böyük olan motosiklet aldı. Onu öz adına almamışdı, hətta harada saxladığını da bilmirdim. Mən motosiklet sürməsini istəmirdim. Həmişə deyirdim ki, sürət həddini aşma, uzaq məsafələrə getmə”.

O, qızının motosiklet sürməkdən imtina etməyəcəyini sonradan anladığını deyib. Fərhad Mehdiyevin sözlərinə görə, qadağa qoymaq əvəzinə onun yanında olmalı və hərəkətlərinə daha ciddi nəzarət etməli idi:

“Əvvəl düşünürdüm ki, kaş ona bu qədər azadlıq verməzdim. İndi isə azadlıq verdiyimə görə deyil, həmin azadlığa kifayət qədər nəzarət etmədiyimə görə peşmanam. Mən onu motosiklet sürməkdən uzaqlaşdıra bilməyəcəkdim. Çünki Zəhra motosiklet sürməyi həddindən artıq çox sevirdi. Gərək onun yanında olaydım, təhlükələri düzgün izah edəydim”.

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Binalar üzrə elektron pasport sistemi yaradılır - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 278 baxış
III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

III Beynəlxalq Opera Festivalı keçirilir - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 278 baxış
Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Qonaqlar Heydər məscidində vəhdət namazı qılıblar - Baku TV

Cəmiyyət
08 sentyabr 2026 278 baxış
Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Girdimançayın üzərindən keçən körpünün taleyi necə olacaq? - 24 SAAT

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Xırdalandakı daş sexinin fəaliyyəti sakinləri narazı saldı - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Biləcəri qəsəbəsinin bitməyən yol problemi | Sakinlərin narazılığı nə vaxt həll olunacaq? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Fidan Hacıyeva 50 yaşını III Beynəlxalq Opera Festivalı ilə qarşılayır - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Yeni tədris ilinə başlayacaq valideynlərə və tələbələrə çağırış - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Əzbər bilik, yoxsa real bacarıq?

Əzbər bilik, yoxsa real bacarıq?

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

“Sənədi pəncərədən uzatdı ki...” | Qazinin əlilliyi niyə dayandırılıb? - Baku TV

Cəmiyyət
07 sentyabr 2026 278 baxış
Seçilmişlər
icon