Hərbçilər də mina axtaracaq
Böyük qayıdış proqramının icrasının sürətləndirilməsi məqsədilə işğaldan azad olunan Ağdamda minatəmizləmə əməliyyatları davam etdirilir.
Bununla yanaşı, Azərbaycan Minatəmizləmə Agentliyi və Müdafiə Nazirliyi humanitar minatəmizləmə fəaliyyətinə cəlb edilən hərbi qulluqçulara təlimlər keçir.
Təlimlərə cəlb olunan hərbi qulluqçulara minalarla tanışlıq, mina və partlamamış hərbi sursatların aşkarlanması zamanı onların zərərsizləşdirilməsi qaydaları və digər lazımi məlumatlar verilir.
ANAMA-nın mütəxəssisi Musa Məmmədov bildirib ki, qurum humanitar minaaxtarma sahəsində ən təcrübəli təşkilatdır.
Agentliyin mütəxəssisi həmçinin bildirib ki, ANAMA-nın təlim heyəti mütəmadi genişləndirilir, bununla yanaşı, təlimlərdə və ümumilikdə minatəmizləmə prosesində istifadə olunan vəsait və avadanlıqların sayı artırılır.