Hərbçilərimizin Laçın postunda atəşə tutulma anı
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.
Atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.
Ermənistan mediası Azərbaycan bayrağının onların ərazisində qaldırdığını iddia etsə də, görüntülərdə hərbçilərimizin ölkə sərhədlərimizin daxilində bu addımı atdığı görünür. Hadisə sərhədçilərimiz Rusiya sülhməramlı kontingentinin hərbçiləri ilə addımladığı zaman baş verir.
Peyk görüntüsü də sübut edir ki, Azərbaycan hərbçiləri heç bir pozucu hərəkətə yol verməyib. Videogörüntülərdən o da məlum olur ki, Ermənistan tərəfi yalnız Azərbaycan hərbçilərini hədəfə almayıb, həmçinin rusiyalılara da atəş açır.
#Laçın sərhəd-buraxılış məntəqəsi teqi istifadə olunub
- Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il keçir
- DSX “Laçın” məntəqəsinin qurulması ilə bağlı tədbir keçirdi
- "Laçın" sərhəd-buraxılış məntəqəsinin birinci ildönümüdür
- Separatçıların daha bir üzvü Mnatsakanyan saxlanıldı
- Qarabağla bağlı sual qarşısında dili tutulan erməni: Özümü piss hiss edirəm
