Hərbi Dəniz Qüvvələri tapşırıqları yerinə yetirdi | MN məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə "Dərin qar və şiddətli soyuqlarda döyüş" mövzusunda təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetirib.
Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər. Aşkar edilən "düşmən"in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş etdirilməklə zərərsizləşdirilib.
Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.
#Hərbi Dəniz Qüvvələri teqi istifadə olunub
- Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb - Baku TV
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Məşhəddə “Bəsic” üzvlərinə atəş açılıb
- Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
