Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmi parkı yenilənəcək və yeni kəşfiyyat sistemləri alınacaq”. Bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov deyib.
“Gəmi parkının yenilənməsi, müşahidə, kəşfiyyat və rabitə sistemlərinin əldə olunması üzrə qabaqcıl müdafiə sənayesi şirkətlləri ilə görüşlər keçirilir. Sözügedən layihələrin bir qismi yaxın gələcəkdə mərhələli şəkildə həyata keçiriləcək”, – deyən vitse-admiral bildirib ki, yarandığı gündən etibarən dövlət rəhbərliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin qarşısına mühüm tapşırıqlar qoyulub:
“Bu tapşırıqlar Xəzər dənizinin Azərbaycana məxsus sektorunun etibarlı mühafizə və müdafiəsi başda olmaqla, dənizdən gələ biləcək hərbi təcavüzlərin və terror aktlarının qarşısının alınması, əlverişli əməliyyat rejiminin saxlanılması, neft-qaz hasilatı yataqlarının və platformaların təhlükəsizliyinin təmin edilməsindən ibarətdir”.
Vitse-admiral söyləyib ki, qarşıya qoyulan tələblərin icrasını sürətləndirmək və təkmilləşdirmək məqsədilə inkişaf etməkdə olan müasir müdafiə sənayesi texnologiyalarının əldə olunması və tətbiqi üzrə araşdırmalar aparılır.
#Hərbi Dəniz Qüvvələri teqi istifadə olunub
- Putin amerikalılarla nə danışdı? | Heqset İranı hədələdi | Hava kəskin dəyişəcək - YENİ BİR SƏHƏR
- Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb - Baku TV
- İlham Əliyev Hərbi Dəniz Qüvvələrində mühüm iclas keçirdi
- Məşhəddə “Bəsic” üzvlərinə atəş açılıb
- Almaniya Şimali Atlantikada mövqeyini belə gücləndirir
