Hoteldə zəhərlənənlərin yaxınları Baku TV-yə danışdı | Qurum təkzib etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib.
Onların qidadan zəhərləndiyi bildirilsə də, Qida Təhlükəsizliyi Agentliyi bu məlumatı təkzib edib. Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər.
“Tibbi ekspertiza var, qaranlıq heç nə qalmayacaq, ictimaiyyətə hər şey açıqlanacaq. Kənan içkiyə meyilli uşaq olmayıb, siqaretdən də uzaq olub. Dostları da bu barədə informasiya verəcəklər, onlar bir yerdə olublar, nə baş verib deyəcəklər”, – zəhərlənmədən dünyasını dəyişən Kənan Mustafayevin əmisi deyib.
Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə bir saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər gələnə kimi Kənan Mustafayev və Orxan Əmirovun vəfat etməsi məlum olub. Nicat Cabbarlı və Xəzər Cabbarlı isə koma halında xəstəxanaya çatdırılıblar.
#Səbail rayonu teqi istifadə olunub
- "Qonşunun qapısını döyəndə qorxuram..." | Yüzdən çox yaşı olan bina qəzalı vəziyyətdə - Baku TV
- Səbail rayonunda qəzalı bina | Sakinlərin problemi nə vaxt həll olunacaq?- Baku TV
- Ödənişli parklanma niyə xidməti oldu? | Sakinlərin parklanma problemi böyüyür - Baku TV
- Sakinlər xidməti parklanmanın yaratdığı problemdən şikayətçidir
- "İndi 40 manat istəyirlər ki..." | Parklanmadakı dəyişiklik əhalini özündən çıxardı - Baku TV
