Pleyeri seçin:

İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri təsdiqlədi | Detallar açıqlandı

17 fevral 2025 649 baxış

Dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin reseptə yazılmasına görə vəzifəli şəxsləri 100 manatdan 150 manatadək, hüquqi şəxsləri 300 manatdan 400 manatadək cərimə gözləyir.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən əlavə dəyişiklikdə əksini tapıb.

Yeniliyə əsasən, dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında olmadıqda vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 7000 manatadək cərimələnəcək.

Aptekdəki dərmanlar və onların qiymətləri barədə istehlakçıya məlumat verməyən satıcılar isə 200 manatadək cərimə olunacaq.

İnzibati Xətalar Məcəlləsinə edilən əlavə dəyişikliklərdən biri də ödənişli avtomagistrallardan istifadə qaydalarının pozulmasına aiddir.

Qanuna əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan istifadə edənlər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə 150 manat məbləğində cərimə ediləcək.

Buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə görə isə 200 manat məbləğində cərimə tətbiq olunacaq.

İnzibati Xətalar Məcəlləsinə edilən daha bir dəyişiklik isə turizm və rekreasiya zonalarının ərazisində qadağan edilmiş fəaliyyətlə bağlıdır.

Qanuna əsasən, turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" qanunla qadağan edilən fəaliyyətlə məşğul olmağa görə fiziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə ediləcək.

Bundan əlavə, təhlükəli qida məhsullarını istehsal edənlər, satışını təşkil edənlər və ya satış məqsədilə saxlayanları isə 10 ilədək müddətə azadlıqdan məhrumetmə gözləyir. Bu isə Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə əlavə edilən yeni maddədə öz əksini tapıb.

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

DYP-dən sürücülərə vacib xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

İkinci qrup əlil pensiyasının kəsilməsindən narazıdır- Baku TV

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Restorandakı səs-küy ətrafda yaşayanları bezdirdi | Sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

İrsi mutasiya ağciyər xərçənginə səbəb ola bilər

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Uzun müddət oturmaq sağlamlığa zərər verə bilər

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Evləri su içərisində olan sakinlərin problemi niyə həll olunmur? - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Tələbələr üçün bu kartla gediş xərclərinin bir hissəsi geri qayıdacaq - Baku TV CANLI

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Türk dünyasının bəstəkarlarını birləşdirən mühüm sənəd Bakıda imzalandı - Baku TV

Cəmiyyət
20 sentyabr 2026 649 baxış
Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Bir çox peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? | Mütəxəssisdən açıqlama - Baku TV

Cəmiyyət
19 sentyabr 2026 649 baxış
Seçilmişlər
icon