İnanırdıq ki, bizə güllə atmazlar | Qərənfil yetişdirənlər 20 Yanvar günü yaşadıqlarını danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda sevgi, məhəbbət rəmzi kimi yetişən qərənfillər soyuq rus bazarlarında ən çox satılan güllər sırasında idi.
20 Yanvar faciəsindən sonra isə bu gül elə də çox əkilmədi. Sevgi gülünün matəm gülünə çevrilməsi sanki insanların əl-qolunu bağladı. Elә bil o qırğının bütün ah-naləsi qərənfillərin üstünə çökdü.
Baku TV-yə danışan qərənfil yetişdirənlər əvvəllər bu gülün onların ailələrinə xoşbəxtlik gətirdiyini qeyd ediblər.
“Əvvəllər qazancımız qərənfildən gəlirdi. Elə adam var idi ki, əkdiyi qərənfilin pulu ilə övladını da evləndirirdi, maşın da alırdı”, – deyə Əli Mirzəyev söyləyib.
“Rus ordusunun bizə güllə atmayacağına inanırdıq”, – deyən qərənfil yetişdirən 20 Yanvar faciəsi zamanı yaşananlardan danışıb:
“Güllənin dəyməyini gözümüzlə görürdük. Canını qurtara bilənlər də oldu, yaralananlar da, şəhid olanlar da. Həmin gün qərənfilləri atamın maşınına yığıb dəfn üçün Şəhidlər xiyabanına apardıq. O qədər gül yığılmışdı ki, hər yerdə qərənfil var idi”.
#20 Yanvar faciəsi (Qanlı Yanvar) teqi istifadə olunub
- Türkiyəli fermerdən maraqlı addım | 7 saat traktorla torpağa yazı həkk etdi - Baku TV
- Pis hava şəraitinə baxmayaraq, xalq Şəhidlər xiyabanına axın etdi - Baku TV
- Soydaşlarımız Qanlı Yanvarda Bakıya necə dəstək oldular? - Baku TV
- "O gündən evimizin işığı söndü..." | 20 Yanvar şəhidinin həyat yoldaşından təsirli sözlər - Baku TV
- "O qədər adamı Rusiyaya apardılar" - 20 Yanvar faciəsi Mirnaib Həsənoğlunun obyektivindən - Baku TV
