İsmayıllıda Ulu Öndərin 100 illiyi münasibətilə tədbir keçirilib
Yeniliklərdən dərhal xəbərdar olun
İsmayıllıda "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda konfrans keçirilib. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Konfransda İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.
Rayon İcra Hakimiyyətinin rəhbəri Nahid Bağırov yeni tariximizdə ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu günə qədər ulu öndərin ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Çıxış edənlər ötən illər ərzində Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qaldığını və onu inkişaf etdirdiyini qeyd ediblər. Ulu öndərin İsmayıllı rayonuna səfərlərinə, yerli sakinlərlə görüşlərinə toxunan tədbir iştirakçıları ümummilli liderin rayon üçün əvəzolunmaz xidmətlərindən danışıblar.
#İsmayıllı teqi istifadə olunub
- "Məcburam ki, 30 manata maşın tutum, pensiya alım" | Basqal sakinlərinin aptek və bankomat problemi
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Baş Prokurorluğun təşkilatçılığı ilə İsmayıllıda silsilə tədbirlər keçirildi - Baku TV
- Basqal-Sulut avtomobil yolu çökdü - Baku TV
