Kəlbəcər, Laçın və Daşkəsən yolları qardan təmizlənir
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilən ərazilərimizdə mühəndis işləri davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində bu il ərzində Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində mürəkkəb relyefli, o cümlədən çətin keçilən ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək məqsədilə ümumilikdə 334 km-dən çox yeni təminat yolu çəkilib.
“Bundan başqa, Mühəndis Qoşunlarının hissə və bölmələri Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə 2022-ci ilin noyabr və dekabr ayları ərzində ümumilikdə 2564 km yol qar örtüyündən təmizlənib”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
#Kəlbəcər teqi istifadə olunub
- Dünyanın nüfuzlu səyyah klublarının nümayəndələri Kəlbəcərə gəliblər - Baku TV
- Diplomatik korpusun nümayəndələri Kəlbəcərdə tarixi abidəyə baş çəkdilər - Baku TV
- Diplomatik korpusun nümayəndələri festivalda iştirak edib - Baku TV
- Kəlbəcərdə əmək bazarında yeni mərhələ | İş axtaranlar üçün yeni imkanlar - Baku TV
- Kəlbəcərdə mina partladı | Yaralının vəziyyəti açıqlandı - ANA XƏBƏR
