Pleyeri seçin:

Kərim Vəliyev və Hikmət Mirzəyev komandolarla

17 fevral 2024 512 baxış

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.

Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlərlə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib.

Kərim Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.

Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən Kərim Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.

Banner
Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Binəqədidə yaşayan vətəndaşlar üfunət qoxusundan şikayət edirlər - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

243 kq çəkili qadının həyatı necə dəyişdi? - "Kök olduğu üçün dedi ki, öləndə oğlumdan gizlədin..."

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

DYP əlverişsiz hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb - ANA XƏBƏR

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Siniflər birləşdirildi, yüksək bal toplayan müəllim niyə kənarda qaldı? - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Vahid məktəbli formasının əsas məqsədi... | Ekspertlər məsələyə münasibət bildirdi - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Həftəsonu üçün plan quran sakinlərə hava ilə bağlı xəbərdarlıq - Baku TV CANLI

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

“Dedi ki, burada mənəm, Bağdadda kor xəlifə!” | Ferma sakinlərin başına oyun açır? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

“Bu, çox ciddi məsələdir” | Pensiyalarla bağlı yeni qayda məbləğə necə təsir edəcək? - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

“Beləsi asfaltdan da gözəldir” | Şəhidin adını daşıyan küçədə sakinlərdən nümunəvi addım - Baku TV

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Gecə yemək kökəldir: həqiqət, yoxsa mif? - Piylənmə hansı xəstəliklərin riskini artır? - BAKU MED

Cəmiyyət
10 oktyabr 2026 512 baxış
Seçilmişlər
icon