Pleyeri seçin:
Türkiyənin nümayəndə heyəti Quru Qoşunları Komandanlığını ziyarət etdi | Nələr müzakirə edildi?
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Quru Qoşunları Komandanlığını ziyarət edib.
Görüşdə hər iki dost və qardaş ölkənin hərbi qulluqçularının peşəkarlıqlarının artırılmasında hərbi təhsilin önəmi, eləcə də təcrübə mübadiləsi məqsədilə keçirilən birgə təlimlərin vacibliyi xüsusi vurğulanıb, maraq doğuran bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Sonra Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.
Türkiyəli qonaqlara Quru Qoşunlarımızın yaranma tarixi, əsas fəaliyyət istiqamətləri, keçdiyi inkişaf yolu və qazandığı uğurlar haqqında brifinq təqdim olunub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı generalları Ər-Riyadda niyə görüşüb? - Baku TV
