Pleyeri seçin:

Kirayə götürdüyü evi 3 nəfərə satıb ölkədən qaçan fırıldaqçı maklerdən açıqlama

16 may 2024 828 baxış

Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır.

Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər.

Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən ediblər ki, bu cür qanunsuz işlərin həyata keçirilməsi ilə məşğul olan şəbəkə mövcud imiş. Şəbəkənin ortada olan üzvləri isə əsasən əmlakçılardır.

Bu şəxslər müxtəlif əmlak satışı saytlarından əldə etdikləri nömrələr vasitəsilə birbaşa mülk sahibləri ilə əlaqəyə girərək elanda göstərilən evləri uzun müddətə kirayəyə götürmək istədiklərini bildiriblər.

Qeyd edək ki, qanunsuz satılan evlərin əksəriyyəti Rusiya Federasiyasının Tümen vilayətində ayrı-ayrı notariuslar tərəfindən verilən baş etibarnamələrlə satılıb. Həmin saxta etibarnamələr hansısa şəkildə Rusiya Federasiyasının Notarial Xidmətinin elektron qeydiyyat sistemində də yerləşdirilib.

Bakıda alqı-satqı zamanı da sistemdə bu sənədlər göründüyündən yerli notariat kontorları heç bir şübhə duymadan sövdələşməni həyata keçiriblər. Bir müddət sonra bir neçə sakin evinin satıldığından duyuq düşərək alqı-satqını həyata keçirən notariusa üz tutub.

Bundan sonra notarius da öz növbəsində baş etibarnamənin alındığı Tümen vilayətindəki notariat kontoruna sorğu göndərib və sənədin saxta olduğu müəyyənləşib.

Maraqlı olan odur ki, Rusiya Federasiyasının notariat sistemində görünən baş etibarnamənin saxta olduğu dəqiqləşdirildikdən sonra da həmin ev iki dəfə ayrı-ayrı şəxslərə satılıb.

Onu da qeyd edək ki, bu yolla mənzilləri özlərindən xəbərsiz satılan bir çox mülk sahibi var ki, hələ də başına gələnlərdən xəbərsizdir.

Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Naxçıvanda Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılır - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Qubada Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Şəhid Şahgündüz Cabbarovun şərəfli döyüş yolu - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

"Əfsanəvi tabor"un komandiri Nizami Əliyevin dilindən zəfər yolumuz - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Döyüş meydanından Bakıya | Açıq səma altında muzey - Hərbi Qənimətlər Parkı - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Bu gün Vətən müharibəsinin başlamasından 6 il ötür - Baku TV CANLI

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Orxan Fikrətoğlunun "Dalandar D" kitabının təqdimat mərasimi keçirirlib - Baku TV

Orxan Fikrətoğlunun "Dalandar D" kitabının təqdimat mərasimi keçirirlib - Baku TV

Cəmiyyət
27 sentyabr 2026 828 baxış
Seçilmişlər
icon