Küçələrdə qab yığıb sataraq oğluna baxan ana - ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə bu dəfə 9 yaşlı övladına təkbaşına baxmağa çalışan Pakizə İlyasova öz həyat hekayəsini danışıb.
Onun sözlərinə görə, evlənib boşandıqdan sonra tanış olduğu şəxslə rəsmi nikah olmadan birlikdə yaşayıb və bu münasibətdən bir oğlu dünyaya gəlib, lakin həmin şəxs bir müddət sonra onu və övladını tərk edib.
“Əvvəllər yaxşı biri idi, amma sonra dəyişdi. Söz deyən kimi əsəbiləşirdi, məni döyürdü. Ailəsi evlənib boşanmışam deyə məni istəmirdilər. İndi uşaqdan xəbərləri var, amma qəbul etmirlər”, – deyə o qeyd edib.
Hazırda qadın gündəlik dolanışığını plastik və dəmir tullantıları toplayıb satmaqla, həmçinin evlərdə təmizlik işləri görməklə təmin edir. O, qazancının çox az olduğunu və çətinliklə dolandıqlarını vurğulayıb.
Verilişdə 9 yaşlı Yusifin təhsildən uzaq qalmasına da diqqət çəkilib. Yusif bir neçə ildir məktəbə getmədiyini və yazıb-oxumağı bilmədiyini söyləyib.
“Mən istəyirəm ki, övladım oxusun, mənim kimi savadsız, fəhlə olmasın”, – deyə ana bildirib.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
