Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərinin Cavadxan qəsəbəsində böyük bir ərazi zibilliyə çevrilib.
Sakinlər deyir ki, qəsəbəyə zibil qutuları qoyulmadığı və tullantılar daşınmadığı üçün vəziyyət bu həddə çatıb.
Onların sözlərinə görə, əraziyə tullantılar əsasən gecə saatlarında kənar yerlərdən maşınla gətirilərək atılır. Sakinlər ərazidə bir neçə dəfə təmizlik işləri aparılsa da, problemin uzun müddətdir ki, birdəfəlik həll olunmadığını bildirirlər.
“Qəsəbə sakinləri yığışıb ərazini təmizlədik. Gecə yenə gəlib zibil tökürlər”, – sakin söyləyib.
Bundan əlavə, tullantıların ətrafına toplaşan sahibsiz itlər də sakinlərin narahatlığına səbəb olur.
Məsələ ilə əlaqədar Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mətbuat Xidmətindən isə bildirilir ki, sözügedən ərazi şəxsi mülkiyyətdə olduğundan ora nəzarət səlahiyyəti də yerin sahibinə aiddir. Qurumun həmin əraziyə mütəmadi daxil olmaq və xidmət aparmaq hüququ yoxdur.
#Gəncə teqi istifadə olunub
- Fabrik ərazisində 12 ev tikilib? - “Qanunsuzdur, işin ən qəribə tərəfi odur ki...” - Baku TV
- Astaradan Gəncəyə andiçmə mərasiminə gələn 84 yaşlı kişinin axtarışları davam edir - ƏSAS XƏBƏR
- “Bir də gördüm...” | Nəvəsinin andiçmə mərasiminə gedən kişi haraya yoxa çıxdı? - Baku TV
- Bölgələrdə hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - Baku TV
- Gəncədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirildi - Baku TV
