Laçında 5 məntəqədə prezident seçkiləri üzrə səsvermə keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar prezident seçkisi üzrə səsvermə başlayıb.
121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir.
Laçında ümumilikdə 6 020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.
Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.
#Zabux kəndi teqi istifadə olunub
- "Elə bil ki, ömrüm artıb" | Zabux kəndinin sakini Prezidentlə söhbətindən danışdı - Baku TV
- Laçındakı dəhşətli yanğından anbaan görüntülər | 2 hektardan çox ərazi...
- Şükür edirik ki, kəndimizə gəldik | Zabux sakinləri bayram sevincini bölüşdü
- Laçınlı müəllim illər sonra doğma məktəbində tədrisə başlayacaq
- Tarixi günün şahidi olmaq məni qürurlandırır | Seçicilər danışdı
