Lifti olmayan, taleyi qaranlıq bina
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Yasamal rayonu, Yeni Yasamal 2 yaşayış sahəsi, 10 saylı ünvanında yaşayan sakinlər lift problemindən əziyyət çəkirlər.
Onların sözlərinə görə, bina uzun müddətdir istifadəyə verilsə də, bu günədək orada lift quraşdırılmayıb. Hətta bununla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də öz həllini tapmayıb.
“23 ildir burada yaşayırıq. Şəraitimiz yoxdur, liftin qapıları açıqdır, natəmizlik var. Yük əlimizdə qalxıb-düşə bilmirik”, – deyə sakinlər qeyd ediblər.
Məsələ ilə bağlı Bakı şəhər Lift-Təmir İstehsalat Birliyindən bildirilib ki, binanın lift probleminin həlli onun inşaat işlərini həyata keçirən Mənzil Tikinti Kooperativinin səlahiyyətindədir.
Məsələyə Yasamal Rayon İcra Hakimiyyətindən də aydınlıq gətirilib. Bildirilib ki, sovetlər birliyinin dağılması səbəbindən sözügedən yaşayış binasının 6 girişi 9-cu mərtəbə səviyyəsində, 4 girişi isə 6-7-ci mərtəbələr səviyyəsində olarkən tikinti işləri dayandırılıb. Bina yarımçıq qaldığından liftlər də quraşdırılmayıb. Binada yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına müraciətlər edilib və qəzalı binalar siyahısına Yeni Yasamal 2 yaşayış sahəsi, 10 saylı ünvanda tikintisi yarımçıq qalmış yaşayış binası da daxil edilib.
#Lift problemi teqi istifadə olunub
- "Keçən ay 3 həftə lift işləmədi..." | Binəqədi sakinlərinin bitməyən lift problemi - Baku TV
- Piyada keçidində lift və işıq problemi | "Sakinlər daha nə qədər gözləməlidir?!" - Baku TV
- "Ödəməyən qışqırır!" | Sakinlərin başına oyun açdılar? - "Pulları yığdı, aradan çıxdı" - Baku TV
- Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmir | Aidiyyəti qurum niyə tədbir görmür? - Baku TV
- “İşləməsə, ondan daha yaxşıdır” | Lift xarab olsa, nə etmək lazımdır? - Baku TV
