Liftlər işləmir, Xətai sakinləri evə qalxa bilmir | Aidiyyəti qurum niyə tədbir görmür? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Xətai rayonunun Sarayevo küçəsi 32 ünvanında yerləşən 9 mərtəbəli binada liftin işləməməsi sakinlərin narazılığına səbəb olub.
Onların sözlərinə görə, binada aparılan təmir işləri ilə əlaqədar liftlərin fəaliyyəti dayandırılıb. Hazırda sakinlər mənzillərinə gedib-gəlmək üçün pilləkənlərdən istifadə etməli olurlar. Bu vəziyyət xüsusilə yuxarı mərtəbələrdə yaşayan yaşlı insanlar, uşaqlı ailələr və hərəkət imkanları məhdud şəxslər üçün ciddi çətinlik yaradır.
Sakinlər həmçinin liftlərin istismar müddətinin başa çatdığını və onların yenilənməsinə ehtiyac olduğunu iddia edirlər.
Onlar bildirirlər ki, məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problemin həlli istiqamətində nəticə əldə olunmayıb.
#Xətai rayonu teqi istifadə olunub
- Restorandakı qanlı davaya görə həbs edilən 11 nəfəri nə gözləyir? - 24 SAAT
- Restorandakı kütləvi davanın yeni detalları məlum oldu - Baku TV
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- “Həyət-bacada görünən adamlar deyildi” | Oğul ananı bıçaqladı? - Qonşu danışdı - Baku TV
- Qadın bıçaqlandı, oğlu saxlanıldı | Xətaidəki dəhşətli hadisənin detalları - Baku TV CANLI
