Masallıda 200-dək atlı yarışdı
Masallıda ənənəvi atçılıq yarışları keçirilib.
Rayon kəndlərindən birinin ərazisindəki cıdırda baş tutan yarışlarda iştirak etmək üçün Masallıdan, eləcə də ətraf rayonlardan 200-dək çapar qatılıb.
Münsiflərin seçimindən sonra onlardan 30 nəfərinin sürət, 40 nəfərinin isə yorğa yarışında iştirakına qərar verilib. Çaparlar iki qrupa bölünüb. Hər qrupda 15 çapar öz məharətini göstərib və qrupdakı qalib finala vəsiqə qazanıb.
Çaparlar milli at cinsləri olan Qarabağ, Kəhər, Boz, Çal, Qaraquş, Kürən atları üstündə bəxtlərini sınayıblar. Yarışın qaydalarına görə, 1 000 metr məsafəni qısa müddətdə qət edərək finiş xəttinə tez çatan qalib elan olunmalıdır. Finişə isə “Qoca” adlı at birinci çatıb.
Yarışın təşkilatçılarının sözlərinə görə, əcdadlarımızdan bizə miras qalan at yarışlarında məqsəd gəncləri pis vərdişlərdən uzaqlaşdırmaq, onlarda bu idman növünə marağı artırmaq, eləcə də at növlərini tanıtmaqdır.
Qeyd edək ki, qalib çapara pul mükafatı təqdim olunub.
#Masallı teqi istifadə olunub
- 400-ə yaxın xidmətin göstərildiyi Masallı “ASAN Həyat” kompleksi 10 yaşını qeyd edir - Baku TV
- "Elə bil sel gedir" | Sakinlər imdad diləyir | "Şəhidin adına layiq küçə deyil" - Baku TV
- Masallı və İmişlidə böyük əməliyyat | Külli miqdarda narkotik götürüldü - Baku TV CANLI
- "Xəcalət çəkirik, uşaqlarımızı..." | Problemi həll edilməyən sakinlər özündən çıxdı - Baku TV
- 69 yaşlı qadının tükürpərdən ölümü | "Hər yeri axtarıblar, qızıllarına dəyməyiblər" - Baku TV
