Masazırın illərdir yararsız vəziyyətdə olan yolları | Problem niyə həllini tapmır? - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsi, “Zəngilan şəhərciyi”nin sakinləri yol problemindən şikayətçidirlər.
Sakinlərin sözlərinə görə, problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb.
“Bura nə taksi, nə də təcili tibbi yardım maşını gəlir. Çətin vəziyyətdəyik. Hər il yolu düzəldəcəklərini desələr də, problem həll olunmur”, – onlardan biri söyləyib.
Digər bir vətəndaş isə narazılığını belə ifadə edib:
“Hərdən yola daş tökürlər, amma eyni vəziyyət yenidən təkrarlanır. Bu problemi kökündən həll etmək lazımdır. Ucqar kəndlərdə yol var, amma Masazırda yoxdur”.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, 4 il ərzində həmin ərazidə mütəmadi olaraq təmir işləri aparılıb:
“Lakin yolun əsaslı təmirə ehtiyacı var. Bu isə növbəti ildə həyata keçiriləcək”.
#Abşeron teqi istifadə olunub
- Hökməli sakinləri içməli suya görə niyə pul ödəməli olur? - 24 SAAT
- Su çəkiləcəyini vəd edərək pul yığdı | Hökməli sakinləri dələduzluğun qurbanı oldular - Baku TV
- Novxanı sakinlərinin həyətlərini qrunt suları basdı - Baku TV
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
