Pleyeri seçin:

Media qurumları arasında əsas məsələlər diqqət mərkəzində | Görüşün detalları açıqlandı

23 avqust 2025 803 baxış

Özbəkistan Milli Teleradio Kompaniyası sədrinin müavini Mamadamin Safarovun rəhbərlik etdiyi nümayəndə heyəti Baku TV-nin qonağı olub.

Özbəkistan Milli Teleradio Kompaniyası ölkənin dövlət teleradio yayım şəbəkəsidir, 12 TV kanalı, 4 radio kanalı və 12 regional teleradio kompaniyadan ibarətdir. Yayım rəqəmsal, analoq, peyk və internet üzərindən aparılır.

Görüş zamanı Baku TV-nin direktoru Ramin Cəfərov qonaqlara kanalın fəaliyyəti, müasir yayım texnologiyaları və beynəlxalq media şəbəkəsi haqqında ətraflı məlumat verib. Qonaqlar Baku TV-nin iş prosesi ilə yaxından tanış olublar.

Tanışlıq zamanı Baku TV-nin beş dildə operativ xəbər istehsal etməsi, kanalın “YouTube” platformasında abunəçi sayının üç milyona çatması və ötən il ərzində yayımlanan videoların bir milyarddan çox baxış toplaması xüsusi qeyd olunub.

Vurğulanıb ki, Baku TV-ni yalnız internet üzərindən deyil, həm də kabel və peyk yayımı vasitəsilə Azərbaycanın bütün bölgələrində, eləcə də Avropa və Asiyada izləmək mümkündür.

Tədbirdə həmçinin “Rəqəmsal Media Məktəbi” layihəsinin əhəmiyyəti vurğulanıb. Onun məzunlarının Baku TV, o cümlədən müxtəlif media qurumlarında işlə təmin olunduğu bildirilib.

Baku TV-nin yalnız xəbər istehsalı ilə məhdudlaşmadığı, həm də film və sənədli layihələr hazırladığı da qeyd olunub.

Bildirilib ki, kanalın istehsalı olan “Söz” sənədli filmi beynəlxalq uğurlar qazanıb.

Görüş zamanı Azərbaycan və Özbəkistan media qurumları arasında tərəfdaşlıq imkanları ətraflı müzakirə olunub. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirməyə hazır olduqlarını bildiriblər.

Quba-Xınalıq yolunda çətinlik | Ərazidə torpaq sürüşmələri baş verib - Baku TV

Quba-Xınalıq yolunda çətinlik | Ərazidə torpaq sürüşmələri baş verib - Baku TV

Cəmiyyət
16 sentyabr 2026 803 baxış
Tələbələr bir il tez məzun olacaq? - 24 SAAT

Tələbələr bir il tez məzun olacaq? - 24 SAAT

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
"Auto Import Baku"nun yeni ofisi açıldı - Baku TV

"Auto Import Baku"nun yeni ofisi açıldı - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Jurnalistlər innovasiya şəhərciyində həyata keçirilən layihələrlə tanış olublar - Baku TV

Jurnalistlər innovasiya şəhərciyində həyata keçirilən layihələrlə tanış olublar - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Bir ildir şəhərin mərkəzinə atılan atanın ürəkdağlayan hekayəsi - ARZUNUN VAXTI

Bir ildir şəhərin mərkəzinə atılan atanın ürəkdağlayan hekayəsi - ARZUNUN VAXTI

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV

Ali təhsildə yeni dövr: Üçillik bakalavr modelinə keçid hansı hallarda mümkündür? - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
"Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV

"Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Piyadaların hərəkətində çətinliklər yarandı

Piyadaların hərəkətində çətinliklər yarandı

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Bu yoldan keçmək əsl zülmə çevrilib | Nərimanovda sakinlərin səbri tükəndi - Baku TV

Bu yoldan keçmək əsl zülmə çevrilib | Nərimanovda sakinlərin səbri tükəndi - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
"Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV

"Borc yazılıb, mən kanalizasiya işlədirəm?!" | Boğaza yığılan sakinlər şikayət etdi - Baku TV

Cəmiyyət
15 sentyabr 2026 803 baxış
Seçilmişlər
icon