#Ramin Cəfərov

Ramin Cəfərov — Baku TV-nin rəhbəri

Ramin Natiq oğlu Cəfərov 1981-ci il fevralın 26-da Bakı şəhərində anadan olub. Azərbaycanın media sahəsində böyük təcrübəyə malik idarəçi olan Cəfərov hazırda "BAKU" TV İnternet Televiziyasının Direktoru vəzifəsini icra edir.

Erkən karyerası

Cəfərov media sahəsindəki fəaliyyətinə 1997-ci ildə "Space" TV-də işıq texniki kimi başlamışdır, sonradan operator və departament rəhbəri vəzifələrində çalışmışdır. 2002-2006-cı illərdə Qazaxıstanın "Xəbər" TV kanalı ilə əməkdaşlıq etmiş, bu təcrübə ona həm texniki, həm də inzibati sahədə dərin bilik qazandırmışdır. 2016-cı ildə özünün "DjafarovCreative" adlı prodakşn şirkətini təsis etmişdir.

Baku TV-dəki rəhbərliyi

Cəfərov 2019-cu ildə Baku TV-də texniki direktor kimi fəaliyyətə başlamış, 2020-ci ildə kanalın direktoru vəzifəsinə təyin edilmişdir. Onun rəhbərliyi altında Baku TV qısa müddətdə Azərbaycanın rəqəmsal media məkanında öz mövqeyini möhkəmləndirmiş, operativlik və kreativlik sayəsində geniş auditoriya qazanmışdır.

Mükafatlar

Baku TV 2021-ci ildə Ramin Cəfərovun rəhbərliyi ilə "Netty" Milli İnternet Mükafatını "İnformasiya və xəbərlər" kateqoriyasında ilin ən yaxşı internet televiziyası kimi qazanmışdır.

Ictimai çıxışları

Cəfərov mütəmadi olaraq media və dini tolerantlıq mövzularında çıxışlar edir — Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda o, Azərbaycanın dünyada unikal birgəyaşayış, dini tolerantlıq və multikulturalizm modeli olduğunu vurğulamış, bu siyasətin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Media strategiyası

Cəfərov rəqəmsal medianın inkişafı və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində, xüsusən də rusdilli yayımın gücləndirilməsində mühüm işlər görür.