Məktəblərə qidaların daxil olmasına kim nəzarət edir?
Yeniliklərdən dərhal xəbərdar olun
“Son zamanlarda təhsil müəssisələrində qidalanmadan baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır”.
Bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir: “Bunlardan biri bufetlərdir. Burada iş özəl sektorlarla birgə fəaliyyət əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər.
İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir”.
#Emin Əmrullayev teqi istifadə olunub
- Emin Əmrullayev müəllimlərin geyimindən danışdı - Baku TV
- Bu fənn müəllimləri də sertifikasiyaya cəlb olunacaq? | Emin Əmrullayevdən açıqlama - Baku TV
- “Tələblərimiz artacaq” | Nazirdən müəllimlərin sertifikasiya imtahanı ilə bağlı açıqlama - Baku TV
- Emin Əmrullayev məktəblərdə süni intellektin tətbiqindən danışdı - Baku TV
- Emin Əmrullayevin yeni tədris ilinə dair mətbuat konfransı - Baku TV
