Pleyeri seçin:
Məmmədli sakinlərinin kabusuna çevrilən bu yol necə yararsız hala düşdü? - Baku TV
Abşeron rayonunun Məmmədli qəsəbəsində yol və kanalizasiya problemi sakinlərin ciddi narazılığına səbəb olub.
Belə ki, Heydər Əliyev prospektinin bəzi hissələrində asfalt örtüyü dağılıb, yolda çoxsaylı çalalar əmələ gəlib.
Sakinlərin sözlərinə görə, yolun bərbad vəziyyətdə olması səbəbindən ərazidən keçən avtomobillər zədələnir, tıxac yaranır.
Problemi daha da ağırlaşdıran məqam isə kanalizasiya sularının açıq şəkildə yola axmasıdır. Suların daşması nəticəsində ərazidə gölməçələr yaranır, palçıq artır və ətrafa kəskin üfunət yayılır.
Sakinlər bildirirlər ki, kanalizasiya xəttində yaranan nasazlıqlar səbəbindən ərazi dəfələrlə qazılıb və təmir edilib. Lakin bir müddət sonra eyni problem yenidən ortaya çıxıb.
Kopyalandı
#Abşeron teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- Söyüşlər havada "uçuşdu" | Qobuda torpaq alıb ev tikdi, yolunu bağladılar - Baku TV
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- "Dedilər ki, mətbəxdə qısaqapanma olub" | Abşeronda yaşayış binasında yanğın baş verib - Baku TV
- Abşeron klinikasında bıçaqlanma hadisəsi baş verib - Baku TV CANLI
