Mənə ən çox təsir edən hekayə... | 5 ildə Arzunun başına nələr gəldi? | ARZUNUN VAXTI
Yeniliklərdən dərhal xəbərdar olun
“Arzunun vaxtı” verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin budəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi 5 il ərzində qazandıqları uğurlar, etdikləri yardımlar və işıqlandırdıqları təsirli həyat hekayələrindən söz açıb.
Arzu Kəlbi verilişdə ona ən çox təsir edən həyat hekayəsindən bəhs edib:
“Müharibənin təzə bitdiyi dövrdə dedilər ki, Sumqayıtda 12 yaşında salfet satan bir oğlan var, onu çəkin, kömək edin. Gedib gördüm ki, maşının vaqona oxşayan yük yerində 3 nəfər – ana, bacı, qardaş qalırlar. Dedilər ki, bu uşaq uzun müddət salfet sataraq ailəni dolandırıb. Sonra bir oğlan onu yolda görərək “Sən bir də salfet satma, mən hər dəfə evinizə bazarlıq edəcəyəm” deyib. Oğlan verdiyi sözü tutub. Bir müddət sonra isə o gəlməyib və 12 yaşlı uşaq yenidən küçədə salfet satmağa başlayıb.
Uşağın anasının sözlərinə görə, günlərin bir günü qapı döyülüb və əlində aş qazanı ilə bir qadın gəlib. Qadın “Sizə yardım edən oğlan mənim oğlum idi, şəhid oldu” deyib. Həmin oğlan – şəhid Şəhriyar Quliyev 44 günlük müharibəyə gedənə qədər ailəyə yardım edib. İndi də o hekayəni düşünəndə çox pis oluram. Həmin ailəyə çoxlu yardımlar gəldi. Hətta adının çəkilməyini istəməyən bir nəfər onlar üçün böyük bir ev tikdirdi”.
Arzu Kəlbinin sözlərinə görə, elə reportajlar olurdu ki, qapıdan qovulurdu, operatorlara hücumlar olurdu.
#Arzunun vaxtı (Baku TV-nin verilişi) teqi istifadə olunub
- "Sevdiyim qızın boyu 1,25 metr idi, məndən ötrü ağlayırdı" | "Hündürboylu olmaq istəmirəm"
- Ailəsi dağıldı, doğmaları xəyanət etdi | Ramiz Novruzun stilist qızı başına gələnləri danışdı
- Qarabağlı qayınana, ukraynalı gəlin | “Elə toy etdik ki, dedilər, qızını Dubay şeyxinə vermisən?!”
- “İnternetdə tanış olduq, ailəm dağıldı” | “2 dəfə evləndim, qızımla danışanda pis oluram ki...”
- "Ayağımı yumağa 5 manat alır" | Əlilliyi olan Rəşaid ailəsi ola-ola niyə tək və köməksiz yaşayır?
