Pleyeri seçin:

Metroda bir ilk yaşandı | Yeni doğulan körpənin nənəsi danışdı

08 avqust 2025 709 baxış

Bu gün səhər saat 07:40 radələrində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasından doğuş səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqada cəlb olunub.

Bu barədə "Bakı Metropoliteni"nin xidmət rəisi Anar Zamanov məlumat verib.

O bildirib ki, metropoliten əməkdaşları tərəfindən ilkin yardım göstərildikdən sonra təcili tibbi yardım briqadasının əməkdaşları şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Daha sonra ana və körpə müvafiq xəstəxanaya hospitalizasiya olunub.

"Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, ‒ deyə A.Zamanov qeyd edib.

Xəstəxanadan bildirilib ki, 2005-ci il təvəllüdlü Əsmər İzzət qızı Məhərrəmova tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir. Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 santimetrdir.

Banner
Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Qanunsuz reseptlər, firma dərmanları | Dərmanların ağ kağıza yazılması hüquqi məsuliyyət yaradır

Cəmiyyət
17 noyabr 2026 709 baxış
"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

"Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Azərbaycanda quş xəstəliklərinə qarşı profilaktik tədbirlər gücləndirilir - ƏSAS XƏBƏR

Cəmiyyət
17 noyabr 2026 709 baxış
2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

2027-ci ildə yerli büdcələrin özünü təmin etməsi gözlənilir

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Xaricdə əmlak almaq investisiya baxımından sərfəlidirmi?

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Dini etiqad azadlığı və dövlət qulluğu | Məcəllədəki müddəa niyə təhrif olunur? - Baku TV CANLI

Cəmiyyət
17 noyabr 2026 709 baxış
"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

"6 nəfər 2 otaqda necə yaşasın?" - Qaz xətti qırıldı, ev çökdü - Ağac aşmasında şirkət günahkardır?

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Dotasiyanın dayanması rayonlarda məşğulluğa necə təsir edəcək? - Baku TV

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç karvanları yola salındı - Baku TV

Cəmiyyət
17 noyabr 2026 709 baxış
"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

"Bu, hamının narazılığına səbəb olur" | Tələbələrdən Tibb Universiteti barədə şikayət - Baku TV

Cəmiyyət
17 noyabr 2026 709 baxış
Seçilmişlər
icon