Millət vəkili ictimai nəqliyyatdan gileyləndi
“Avtobuslardan istifadənin 40% azalması kefiyyətin aşağı olması ilə bağlıdır”.
Bunu Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində iyunun 16-da keçirilən növbəti iclasında “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat Azay Quliyev deyib.
Millət vəkili bildirib ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobusların sayı gündən-günə azalır. Vətəndaşlar saatlarla avtobus gözləyirlər.
“Elə yaşayış yerləri var ki, həmin yerlərə avtobuslar gedib çıxmır. Daşıma xidməti göstərən sahibkarlar marşrut xəttinin sonuna kimi getməyi qənaətbəxş hesab etmirlər. Biz sahibkarlarla yanaşı, vətəndaşların da maraqlarını qorumalıyıq. Sahibkar az vəsait əldə edəcək deyə insanlar kilometrlərlə yolu piyada qət etməlidir? Bu məsələlər pratiki olaraq həll olunmalıdır”, – deyə A.Quliyev qeyd edib.
#İctimai nəqliyyat teqi istifadə olunub
- "Arxadan sıxışdırırıq, axı o da..." | Avtobusda gərginlik | "Hamı bir-birinin belində..." - Baku TV
- Şəhər böyüyür, yollar daralır | Paytaxtda hərəkəti çətinləşdirən əsas səbəb nədir? - XÜLASƏ
- Tələbələrə nəqliyyatda yeni güzəşt | Xərclərin bir hissəsi geri qaytarılacaq? - Baku TV
- "Hər gün davadır" | "Şamaxinka"da izdiham | "Dünən bundan da betər idi" - Baku TV
- Biz sakitlik istəyirik | Hansı avtobus sürücüsü sərnişinlərə Bayram Kürdəxanlını dinlətdi? - Baku TV
