Pleyeri seçin:
MN Su-25ML təyyarələrini işə saldı: "Düşmən" mövqeləri atəşə tutuldu
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə təlim atışları icra edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilib. Müəyyən edilmiş marşrutlar üzrə döyüş manevrləri yerinə yetirildikdən sonra “Su-25ML” tipli təyyarələrdən 250 və 500 kiloqramlıq qanadlı ağıllı aviasiya bombaları ilə yerüstü hədəflərə uzaq məsafədən atəş açılıb.
Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim atışlarında təyin edilmiş hədəflər dəqiq aviasiya zərbələri ilə uzaq məsafədən məhv edilib.
Kopyalandı
#Hərbi Hava Qüvvələri teqi istifadə olunub
- Ali Baş Komandanın sədrliyi ilə operativ müşavirə keçirilib - Baku TV
- Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur
- ABŞ-nin HHQ hazır vəziyyətə gətirilib
- HHQ-nin təyyarə və helikopter bölmələri təlim-məşq uçuşları həyata keçiridi
- Helikopterlər hava kəşfiyyatı apardı | Hərbi pilotlara nə tapşırıldı?
