Pleyeri seçin:

Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

05 avqust 2026 318 baxış

"National Interest" nəşri Avropanın ən güclü hava qüvvələrinin reytinqini dərc edib.

Qiymətləndirmədə təyyarələrin sayı, döyüş hazırlığı, texnoloji infrastruktur və müdafiə sənayesinin imkanları nəzərə alınıb.

Reytinqdə birinci yerdə Rusiya qərarlaşıb. Hesabata görə, ölkənin təxminən 4300 təyyarədən ibarət hava donanması var və bunların 900-dən çoxu ön cəbhədə döyüş tapşırıqlarını icra edir.

Bildirilir ki, donanmanın əsasını "Su-30", "Su-35" və "Su-34" tipli 4 və 5-ci nəsil qırıcıları təşkil edir. Hesabata əsasən, Türkiyə təxminən 1000 təyyarə və 300-ə yaxın qırıcı ilə Avropanın ikinci ən güclü hava qüvvələrinə malik ölkə hesab olunub.

Qeyd olunur ki, Türkiyə Hərbi Hava Qüvvələrinin əsasını ABŞ istehsalı olan "F-16" qırıcıları təşkil edir. Məqalədə "Bayraktar TB2" pilotsuz uçuş aparatlarının həm 2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsində, həm də Rusiya-Ukrayna müharibəsinin ilk mərhələsində nümayiş etdirdiyi imkanların Türkiyənin hava döyüş texnologiyasındakı inkişafını göstərdiyi qeyd olunub.

Siyahıda üçüncü yerdə Böyük Britaniya, dördüncü pillədə Fransa qərarlaşıb. İlk beşliyi isə İtaliya tamamlayır.

Hesabatda vurğulanır ki, hava qüvvələrinin gücü yalnız təyyarələrin sayı ilə müəyyən edilmir. Pilot hazırlığı, texniki xidmət və döyüş hazırlığı səviyyəsi, erkən xəbərdarlıq sistemləri, texnoloji infrastruktur və müdafiə sənayesinin potensialı da əsas meyarlar sırasında yer alıb.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 318 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 318 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 318 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 318 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 318 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 318 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 318 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 318 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 318 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 318 baxış
Seçilmişlər
icon