Pleyeri seçin:

MTK-larla vətəndaşlar arasında yaranan mübahisələrin çıxış yolu nədir? - Baku TV

07 fevral 2026 531 baxış

Paytaxtda aparılan yenidənqurma və söküntü işləri çərçivəsində köhnə yaşayış binaları mərhələli şəkildə sökülür, onların yerində isə yeni tikililər inşa olunur. Bu proses zamanı kompensasiya məbləğlərinin müəyyənləşdirilməsi ilə bağlı tikinti şirkətləri ilə sakinlər arasında fikir ayrılıqları yaranır. Razılaşma əldə olunmadıqda isə məsələlər məhkəməyə qədər gedib çıxır.

Bəs bu cür hallarda çıxış yolu nədir və qiymətləndirmə necə aparılmalıdır?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda paytaxtda söküntü işləri əsasən iki formada həyata keçirilir. Bunlardan biri torpaqların dövlət ehtiyacı üçün alınması, digəri isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi evlərin özəl tikinti şirkətləri tərəfindən sökülərək yeni tikililərlə əvəzlənməsidir:

“Torpaqlar dövlət ehtiyacı üçün alındıqda ərazidə mövcud olan daşınmaz əmlaklar bazar dəyərinə uyğun qiymətləndirilir və vətəndaşlara kompensasiya olaraq pul ödənilir. Özəl tikinti şirkətləri tərəfindən aparılan söküntülərdə isə əksər hallarda mənzil sahiblərinə yeni tikiləcək binalardan mənzillər təqdim olunur. Bəzi hallarda isə kompensasiya pul formasında verilir”.

O qeyd edib ki, tikinti şirkətinin təklif etdiyi məbləğ vətəndaşı qane etmədikdə və ya tələb etdiyi məbləğ şirkət tərəfindən qəbul edilmədikdə məsələ məhkəmə müstəvisinə çıxarılır:

“Məhkəmə tərəfindən müstəqil qiymətləndirici şirkətlər cəlb olunur və əmlakın bazar dəyəri müəyyənləşdirilir. Kompensasiya məbləği isə həmin qiymətləndirmə şirkətinin təqdim etdiyi rəy əsasında formalaşdırılır”.

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Ərazini su basıb, gediş-gəliş çətinləşib

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Yeniyetmə kulinar məharətini belə göstərdi | 14 yaşlı şirniyyatçı harada çalışmaq istəyir? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

“Nə oxuduğumu bilmirəm, yarısı ingiliscə...” | Qurum və şirkətlər dil normalarını pozur? - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

İnsanlardan uzaqlaşmaq və həvəsin azalması depressiya ilə əlaqəli ola bilər

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Dələduzlar bunu da etdi | Kimsə kartınıza pul göndərmək istəyirsə... - Baku TV CANLI

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

“Heç vaxt belə bir hiss yaşamamışam” | Doğma yurda qayıdan sakinlərin sevinci - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Ekran əsəri Qarabağ və Şərqi Zəngəzurun bərpasına həsr olunub - Baku TV

Cəmiyyət
30 sentyabr 2026 531 baxış
FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

FHN çimərliklərdə baş verən bədbəxt hadisələrin statistikasını açıqladı - Baku TV

Cəmiyyət
29 sentyabr 2026 531 baxış
"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

"Gözləri tutulsa da, mən ona möhtacam" | "Əvvəl pula pula demirdim, evlənəndən sonra isə..."

Cəmiyyət
29 sentyabr 2026 531 baxış
Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Məktəbin büdcəsi necə formalaşdırılmalıdır?

Cəmiyyət
29 sentyabr 2026 531 baxış
Seçilmişlər
icon