Pleyeri seçin:

Müalicə üçün həkimə aparıldı, ağzını bağlaya bilmir - Baku TV

27 fevral 2026 596 baxış

Baku TV-nin qaynar xəttinə müraciət edən Gülnar Abdullayeva bildirir ki, 12 iyul 2025-ci il tarixində “Adda Dental” klinikasında övladına üst çənə darlığı diaqnozu ilə ortodontik plastinka yerləşdirilib. Lakin bir müddət sonra uşağın sağlamlığında ciddi problemlər yaranıb.

Valideyn bildirib ki, qızının dörd il ərzində müalicəsini aparan həkim Nərmin Süleymanovanın təyinatı əsasında plastinkanın qoyulması üçün sözügedən klinikaya müraciət ediblər və prosedur həyata keçirilib. Təxminən iki həftə sonra plastinkada sementin qopması ilə bağlı yenidən həkimə müraciət olunub:

“Nərmin xanım ölkə xaricində olduğunu deyərək klinikaya yaxınlaşmağımızı və orada bizi başqa bir həkimin qəbul edəcəyini dedi. Orada bizi Səadət Əliyeva adlı həkim qarşıladı. Sonradan onun ortodont olmadığını öyrəndik. Qızımın dişində problem yarandı. Rəydə qeyd olunub ki, problem pasiyentin ehtiyatsızlığı səbəbindən qidalanma zamanı baş verib. Bu dişlər hansı qida vasitəsilə yuxarı qalxa bilər?!”.

Şikayətçinin sözlərinə görə, 18 fevral 2026-cı il tarixində Binəqədi Rayon Məhkəməsi ilkin tibbi ekspertiza rəyini və Prokurorluğun qərarını ləğv edib, iş üzrə təkrar ekspertizanın keçirilməsi barədə qərar qəbul edib.

Valideyn bildirib ki, əsas istəkləri növbəti rəyin ədalətli və qərəzsiz şəkildə verilməsi, həkimin mümkün səhlənkarlığının ört-basdır edilməməsidir.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən qeyd olunub ki, səlahiyyətləri çərçivəsində klinikanın lisenziyası, həkimin sertifikatı və tibbi fəaliyyət üçün zəruri digər sənədlərin mövcudluğu araşdırılacaq və nəticə barədə şikayətçiyə məlumat veriləcək.

Əlavə olunub ki, vətəndaşın rəsmi müraciəti 25 fevral tarixində Analitik Ekspertiza Mərkəzinə daxil olub və hazırda icradadır. Hazırda iş üzrə məhkəmə araşdırması aparıldığı və məhkəmə qərarı ilə təkrar məhkəmə-tibbi ekspertizasının təyin edildiyi nəzərə alınaraq tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi, ekspertiza rəyinin əsaslılığı və konkret tibb işçilərinin peşə fəaliyyətinə hüquqi qiymətin verilməsi ilə bağlı əlavə şərh verilməsi məqsədəuyğun hesab edilmir.

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

"Qaranlıqda lap pisdir" | Quba-Qonaqkənd yolunda qorxulu vəziyyət - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

"2-ci partlayış məni dərəyə atdı" | Savaşda ayaqlarını itirən qazi yaşadıqlarını danışdı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Sentyabrın son günlərində ölkədə hava necə olacaq? - Baku TV CANLI

Sentyabrın son günlərində ölkədə hava necə olacaq? - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Qərbi Azərbaycanın yaddaş məkanları: Şəki kəndinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

"Sərhəddə saxladılar ki..." | Gözdən əlil şəxs 10 il sonra niyə hərbi xidmətə çağırılıb? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

284 nömrəli məktəbin həyətində dözülməz vəziyyət | Problem niyə həll olunmur? - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Paytaxtda aparılan qazıntılar yollarda əlavə sıxlıq yaradıb - Baku TV CANLI

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Yerli əhalisinin iki dəfə qovulduğu Azərbaycan kəndi Şəkinin tarixi

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla ailələr yola salındı - Baku TV

Cəmiyyət
22 sentyabr 2026 596 baxış
Seçilmişlər
icon