Müdafiə Nazirliyi Füzulinin atəşə tutulması ilə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
İyunun 15-i saat 08:35-dən saat 10:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 08:45 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – deyə məlumatda qeyd olunub.
#Füzuli teqi istifadə olunub
- XTQ-nin düşmən arxasındakı manevri - QARABAĞ XRONİKASI
- 100-dən çox idmançı Füzulidə | "Mingəçevir Reqatası-2026" haqqında sakinlər nə düşünür? - Baku TV
- Türkmənistanın Füzulidə inşa etdiyi məscid barədə Sərdar Berdiməhəmmədova məlumat verildi - Baku TV
- İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzuli Beynəlxalq Hava Limanında qarşıladı - Baku TV
- “Bura mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazidir” | Füzulidə mediatur - Baku TV
