Müdafiə Nazirliyindən Qarabağda tapılanlarla bağlı vacib paylaşım
Yeniliklərdən dərhal xəbərdar olun
İyul ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 1184 hektardan çox ərazi minalardan tam təmizlənib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən təmizlənən ərazilərin sahəsi 39721 hektara çatıb.
Ümumilikdə 13045 ədəd partlamamış hərbi sursat, 3318 ədəd tank əleyhinə mina və 10463 piyada əleyhinə mina aşkarlanaraq məhv edilib.
İşğaldan azad edilmiş tarixi ərazilərimizdə sosial rifahın yenidən bərpa olunması, təhlükəsizliyin təmin edilməsi, o cümlədən yol və infrastruktur işlərinin təşkilinin sürətləndirilməsinə yönəldilmiş mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun olaraq davam etdirilir.
#Qarabağ teqi istifadə olunub
- Qarabağın ekoloji faciəsi gündəmə çıxarılacaq?
- Ermənistan COP17-yə ev sahibliyi edəcək | Qarabağın ekoloji faciəsi gündəmə gətiriləcək? - Baku TV
- Azərbaycanın ədalət dərsi qisas deyil, sülhdür - Baku TV
- Konfrans iştirakçılarının Qarabağ səfəri hansı məqamlarla yadda qalıb? - Baku TV
- Keçmiş köçkünlər doğma yurdlarına qayıdarkən nələr yaşadılar - Baku TV
